Valyuta məzənnəsi

Çin koronavirusa qarşı dərman tapıb

11:05, 19.03.20
azerbaycan, dunya
Çin koronavirusa qarşı dərman tapıb

Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb.

Çində koronavirusun müalicəsi üçün “Avigan” adlı dərmanın istifadə edilməsi planlaşdırılır.

Xeberpress.az bildirir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.
Biotexnologiyanın inkişafı üzrə Milli Mərkəzin rəhbəri Çjan Sinymin qeyd edib ki, mütəxəssislər Uhan və Şhençhen şəhərində sözügedən dərman preparatını sınaqdan keçiriblər.

Müalicənin test edilməsində Uhandan 240, Şhençhen şəhərindən isə 80 nəfər xəstə iştirak edib.
Alimin sözlərinə görə, virusa yoluxmuş şəxslər dərmanı qəbul etdikdən sonra hərarətləri iki dəfədən daha tez stabilləşib və 4 gün sonra virus testləri mənfi nəticə verib.
Bundan əlavə, preparat gün ərzində öskürəyin qarşısını almağa da kömək edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla