Valyuta məzənnəsi

İsveçrədə bir sutkada koronavirusa 800 nəfər yoluxub

10:09, 16.03.20
azerbaycan, dunya
İsveçrədə bir sutkada koronavirusa 800 nəfər yoluxub

İsveçrədə bir gündə koronavirusa 800 yoluxma halı qeydə alınıb.

İsveçrədə bir sutka ərzində koronavirus infeksiyasına yoluxanların sayı 800 nəfər olub.

Bu barədə məlumatı martın 15-də Federal Səhiyyə İdarəsi yayıb. Bununla da Alp respublikasında koronavirusa yoluxanların sayı 2220 nəfərə çatıb, artıq 14 nəfər həyatını itirib.

“Neue Zürcher Zeitung“ qəzetinin verdiyi məlumata görə, federal hökumət hələ ki, rəsmi qərar verməsə də, ölkədəki vəziyyət fövqəladə vəziyyət təsirini bağışlayır. Ölkədə bütün məktəblər bağlanıb, tədbirlər qadağandır, bir çox ölkələrlə səyahət imkanı ləğv olunub, bir sıra kantonlarda ictimai iaşə obyektləri də fəaliyyətini dayandırıb.

Bununla belə hökumətin addımlarının yumşaqlığı da tənqid olunur. Belə ki, artıq bir sıra qonşu ölkələr vəziyyətin ciddiliyini nəzərə alaraq, bütün ictimai iaşə obyektlərini bağlasalar da, İsveçrədə bu obyektlərdə müştəri sayı maksimum 50 nəfərlə məhdudlaşdırılıb. Eləcə də, Avropada virusun ən çox tüğyan etdiyi İtaliya ilə sərhədlər tam bağlanmayıb, yalnız sərhəd nəzarəti tətbiq olunur. Kanton hökumətlərin virusla bağlı fərqli qərarlar qəbul etməsi isə ölkədə virusa qarşı vahid və mərkəzləşdirilmiş fəaliyyət proqramının olmaması təsirini bağışlayır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla