Valyuta məzənnəsi

Azərbaycanda daha iki nəfər koronavirusa yoluxdu

09:48, 16.03.20
azerbaycan, hadise
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah

Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Xeberpress.az bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla