Valyuta məzənnəsi

Bu gün mövqe dəyişikliyi etdik

10:14, 09.03.20
azerbaycan, idman
Bu gün mövqe dəyişikliyi etdik

Qış hazırlığından sonra klublar daha düzgün oyun sərgiləyirlər.

Komandamı təbrik edirəm. Çox yaxşı oyun oldu.

Xeberpress.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda “Keşlə” üzərində qazanılan (2:0) səfər qələbəsindən sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.

Baş məşqçi deyib: “Hər iki komanda bu gün özünü yaxşı tərəfdən göstərdi. Get-gedə komandalar oyun formasını yaxşılaşdırırlar. Qış hazırlığından sonra klublar daha düzgün oyun sərgiləyirlər. Bu gün mövqe dəyişikliyi etdik. Əvvəlki oyunlarda da belə addım atırdıq. Bu gün sırf rəqibə görə belə gedişə əl atdıq. Zubirə sərbəstlik verdik. O da özünü pis tərəfdən göstərmədi”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla