Valyuta məzənnəsi

Türkiyə heç vaxt Suriya torpaqlarını işğal etmək fikrində olmayıb

09:56, 09.03.20
azerbaycan, dunya
Türkiyə heç vaxt Suriya torpaqlarını işğal etmək fikrində olmayıb

Türkiyə heç vaxt Suriya torpaqlarını işğal etmək fikrində olmayıb.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin yeganə məqsədi - 3,6 milyon suriyalı qaçqının öz evinə qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır.

T.Ərdoğan qeyd edib ki, Ankara üçün ölkə sərhədlərinin və İdlibin əhalisinin təhlükəsizliyini təmin edən istənilən həll yolu məqbuldur.

Bundan əlavə, Türkiyə Prezidenti bildirib ki, martın 9-u Belçikada Türkiyə və Yunanıstan sərhədindəki qaçqınlarla əlaqədar Avropa İttifaqının nümayəndələri ilə görüş keçirəcək.

T.Ərdoğan Türkiyə nümayəndə heyətinin Belçikada aparacağı danışıqlarda effektiv nəticələr əldə edərək qayıdacağına ümid etdiyini vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla