Valyuta məzənnəsi

Düşmən təxribatının qarşısı alınıb - DSX

09:45, 09.03.20
azerbaycan, bolge
Düşmən təxribatının qarşısı alınıb - DSX

Düşmən təxribatının qarşısı alınıb.

Martın 8-də saat 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Xeberpress.az bildirir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla