Valyuta məzənnəsi

Şəhidimiz bu gün torpağa tapşırılacaq

10:55, 06.03.20
azerbaycan, hadise
Şəhidimiz bu gün torpağa tapşırılacaq

Şəhid əsgərimiz bu gün dəfn ediləcək.

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan hərbçimiz bu gün torpağa tapşırılacaq.

Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Şəhidimiz bu gün torpağa tapşırılacaq
Şəhidimiz bu gün torpağa tapşırılacaq

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla