Valyuta məzənnəsi

Putinlə Ərdoğan atəşkəslə bağlı razılığa gəlib

10:07, 06.03.20
azerbaycan, dunya
Putinlə Ərdoğan atəşkəslə bağlı razılığa gəlib

Putinlə Ərdoğan İdlibdə atəşkəs haqqında razılığa gəliblər.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Moskvada görüş keçirilib.

"RİA Novosti"nin verdiyi məlumata görə, görüşün yekunları üzrə tərəflər Suriyada vəziyyətin nizamlanması üzrə birgə sənəd razılaşdırıblar.

Razılaşma martın 6-sı saat 00:00-dan mövcud təmas xəttindəki bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

Bundan əlavə, razılaşmaya əsasən Türkiyə və Rusiya Suriyadakı M-4 yolunun şimal və cənub tərəfində 6 kilometrlik təhlükəsizlik dəhlizi yaradırlar və martın 15-dən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçiləri birgə mühafizə tədbirlərini həyata keçirəcəklər.

V.Putin əldə olunan razılaşmaların İdlibdəki vəziyyətin nizamlanması üçün əsas olacağına inandığını bildirib.

Hər iki lider terrorizmə qarşı mübarizənin zəifləməsinə imkan verilməməsi və Suriyada Astana formatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla