Valyuta məzənnəsi

Çində koronavirus 3 min 15 can alıb

10:15, 05.03.20
azerbaycan, dunya
Çində koronavirus 3 min 15 can alıb

Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 565, bu virus səbəbindən ölənlər isə 3 min 15 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, ötən sutka ərzində 139 yoluxma, 31 ölüm faktı qeydə alınıb.

İndiyədək 52 min 109 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 5 min 952 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 32 min 870 nəfər tibbi nəzarət altındadır.

Çindən başqa, 78 ölkədə 12 mindən çox yoluxma, 214 ölüm faktı qeydə alınıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla