Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Bu gün Emin Sabitoğlunun doğum günüdür

10:26, 02.11.16
azerbaycan, medeniyyet
Bu gün Emin Sabitoğlunun doğum günüdür

2 noyabr 1937-ci ildə Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Emin Sabitoğlu (1937-2000) anadan olub. E.Sabitoğlu 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları xüsusilə çox populyardır. Bəstəkar, həmçinin müxtəlif tamaşalara musiqilər də bəstələyib. E.Sabitoğlu paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla