Valyuta məzənnəsi

Gənc cüdoçular arasında respublika birinciliyinin ilk qalibləri

12:17, 27.02.20
azerbaycan, idman
Gənc cüdoçular arasında respublika birinciliyinin ilk qalibləri

Gənc cüdoçular arasında respublika birinciliyində ilk qaliblər müəyyənləşib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında respublika birinciliyinə start verilib.

Xeberpress.az bildirir ki, yarışdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin birinci günündə oğlanlar arasında Rəşad Məmmədov (55 kq), Ayxan Tanrıverdiyev (66 kq), Vüqar Talıbov (81 kq), Adil Kərimli (100 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Qızların yarışında isə Aygün Hacıyeva (44 kq), Səbinə Əliyeva (52 kq), Südabə Ağayeva (63 kq), Zəhra Ağamalıyeva (78 kq) qalib olublar.

İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın heyətində 367 cüdoçu (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla