Valyuta məzənnəsi

Azərbaycandan Gürcüstana keçən daha iki nəfər karantində

10:49, 27.02.20
azerbaycan, hadise
Azərbaycandan Gürcüstana keçən daha iki nəfər karantində

Azərbaycandan Gürcüstana gedən daha iki nəfər karantinə alınıb.

Azərbaycan vasitəsi ilə Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana qayıdan daha iki nəfər də karantinə alınıb.

Xeberpress.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziya kanalı məlumat yayıb.

Onların hər ikisinin Gürcüstan vətəndaşı olduğu bildirilir. Karantinə alınan şəxslərin yüksək bədən temperaturu olduğu və hər ikisinin koronavirusa yoluxub-yoluxmamasının müəyyənləşdirilməsi məqsədi ilə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla