Valyuta məzənnəsi
Xəbər lentİ

Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib

09:55, 27.02.20
azerbaycan, dunya
Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib.

Mərhum dövlət başçısının dəfn mərasimində Prezident Əbdülfəttah əs-Sisi, Baş Nazir Mustafa Mabduli, nazirlər və Misir parlamentinin deputatları iştirak ediblər.

Xeberpress.az xarici KİV-ə istinadən bildirir ki, dəfn mərasimi Nəsr şəhərinin Tantavi məscidində keçirilib. Sonra Hüsnü Mübarəkin cənazəsi olan tabut hərbi helikopterlə Heliopolisdəki ailə məzarlığına gətirilib və torpağa tapşırılıb.

Yaxın Şərq və Şimali Afrika ölkələrinin liderləri sabiq Prezidentin ailə üzvlərinə başsağlığı veriblər. İsrailin Baş Naziri Benyamin Netanyahu Hüsnü Mübarəki “regionda sülhün bərqərar olmasına səy göstərən görkəmli siyasətçi” adlandırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla