Valyuta məzənnəsi

Çində koronavirusdan ölənlərin sayı 2744 nəfərə yüksəlib

09:43, 27.02.20
azerbaycan, dunya
Çində koronavirusdan ölənlərin sayı 2744 nəfərə yüksəlib

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb.

Çində yeni növ koronavirusa yoluxanların sayı 78,4 mini ötüb.

"TASS"ın verdiyi məlumata görə, yoluxanlardan 2744 nəfər ölüb, 32,4 mindən artıq insan isə virusdan sağalıb. Daha əvvəl 2715 nəfərin öldüyü, 29,7 min nəfərin isə sağaldığı bildirilirdi.

Bildirilir ki, yoluxma halları ən çox Hubey əyalətində qeydə alınır (65,5 minə yaxın yoluxma halı, onlardan 2,6 min ölüb, 23,2 mini sağalıb). Hubeydən sonra yoluxma halları daha çox Quandun (1,3 min), Henan (1,2 mindən artıq) və Çjetsyan (1,2 mindən artıq) əyalətlərində qeydə alınıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların 8,3 mininin vəziyyəti ağırdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla