Valyuta məzənnəsi

“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!

12:45, 26.02.20
azerbaycan, medeniyyet
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!

“Söz” ədəbi layihəsinin növbəti tədbiri Xocalıya ithaf edilib.

Xeberpress.az xəbər verir ki, fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə “Unutmadıq!” adlı bədii proqram təqdim olunub.

"Xocalıya ədalət!”, “Xalqın gücü birliyində və yaddaşındadır!” şüarları ilə gerçəkləşən gecədə layihənin rəhbəri Nigar Həsənzadə Xocalı faciəsi haqqında çıxış edib. O, Xocalı faciəsinin iyirminci əsrdə törədilmiş insanlığa sığmayan ən dəhşətli faciələrdən biri olduğunu diqqətə çatdırıb. Erməni daşnaklarının ötən əsrin əvvəllərində də azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini xatırladan N.Həsənzadə Xocalı soyqırımının bir xalqı, milləti məhv etmək məqsədi daşıdığını deyib. Vurğulanıb ki, bu faciənin tanıdılması üçün müasir vasitələrdən istifadə edilməli və hər bir azərbaycanlı bu işdə həmrəylik nümayiş etdirməlidir.

Xocalı faciəsi zamanı bütün ailəsini itirərək sağ qalan bacılar Gülnar Kərimova və Həmayıl Xəlilova çıxış edərək həmin dəhşətli gecə zamanı şahidi olduqları erməni vəhşiliklərindən söz açıblar.

Sonra Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndirilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədi ilə həyata keçirilən layihənin rəhbəri, şair Nigar Həsənzadədir.

“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!
“Söz” ədəbi layihəsinin tədbiri Xocalıya həsr olundu - Unutmadıq!

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla