Valyuta məzənnəsi

Çində koronavirusdan 2715 nəfər həyatını itirib

10:23, 26.02.20
azerbaycan, dunya
Çində koronavirusdan 2715 nəfər həyatını itirib

Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb.

Materik Çində koronavirusla yoluxmanın təsdiqlənmiş hallarının sayı 78 min nəfəri keçib, 29 mindən çoxu müalicə edilib və xəstəxanalardan evə buraxılıb.

Xeberpress.az bildirir ki, bu barədə Dövlət Səhiyyə Komitəsi bildirib.

31 vilayətdən gələn son məlumatlara görə, 78 064 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb, cəmi 29 745 nəfər xəstəxanalardan buraxılıb və ölənlərin ümumi sayı 2715-ə çatıb.

Son 24 saat ərzində Hubey vilayətində 401 yeni hadisə qeydə alınıb, 52 nəfər ölüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla