Valyuta məzənnəsi

Ukrayna mətbuatında Xocalı soyqırımı ilə bağlı BƏYANAT

10:26, 25.02.20
azerbaycan, siyaset
Ukrayna mətbuatında Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb.

Emil Hüseynli Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat ünvanlayıb.

Ukraynanın 30-dan çox informasiya agentliyi, portal və qəzetinə ünvanlanan bəyanatda Xocalı soyqırımı haqqında geniş məlumat verilib. “Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması” sərlövhəli bəyanatda qeyd olunur ki, Xocalı soyqırımı mahiyyət etibarilə Holokost, Hernika, Xatın və digər soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Bəyanatda dünya mediasının Xocalı soyqırımı barədə yazdıqları məlumatlara geniş yer verilib və bildirilib ki, dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bu soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Müəllif Xocalı soyqırımı ilə bağlı rəqəmləri təqdim edib və Ukrayna mətbuatını Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı törətdiyi cinayətləri pisləməyə çağırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla