Valyuta məzənnəsi

Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

10:57, 24.02.20
azerbaycan, siyaset
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində işğal pislənilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra olunana qədər qüvvədədir.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı tədbirdə söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, bugünkü tədbir, eyni zamanda, Azərbaycan xalqının ağrılı yarası olan Xocalı soyqırımının növbəti ildönümünə təsadüf edir. Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir.

Hikmət Hacıyev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların fəal rolu mühüm amildir. Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla