Valyuta məzənnəsi

İranda zəlzələ olub

09:45, 24.02.20
azerbaycan, dunya
İranda zəlzələ olub

İranda 4,6 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin verdiyi məlumata görə, yeraltı təkanların episentri Ravar şəhərindən 29 kilometr şimal-qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi öz növbəsində bildirir ki, zəlzələnin manitudası 4,9 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətində 5,7 və 5,9 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər nəticəsində İranda 75 nəfər xəsarət alıb, Türkiyənin Van əyalətində isə 9 nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla