Valyuta məzənnəsi

Koronavirusla bağlı XƏBƏRDARLIQ

09:25, 24.02.20
azerbaycan, cemiyyet
Koronavirusla bağlı XƏBƏRDARLIQ

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

Məsələ ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir: "Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla