Valyuta məzənnəsi

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti

09:36, 21.02.20
azerbaycan, siyaset
Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib.

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Ziyafətdən əvvəl qarşılıqlı hədiyyələr təqdim olundu.

Azərbaycan və İtaliya rəsmi nümayəndə heyətlərinin üzvləri dövlət başçıları İlham Əliyevə və Sercio Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və İtaliya Prezidentinin qızı Laura Mattarellaya təqdim olundular.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla