Valyuta məzənnəsi

Azərbaycan əsgərinin meyiti neytral ərazidən çıxarıldı

11:55, 20.02.20
azerbaycan, hadise
Azərbaycan əsgərinin meyiti neytral ərazidən çıxarıldı

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı.

Bir müddət əvvəl itkin düşmüş Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla