Valyuta məzənnəsi

Əsgərlərimizin Naxçıvandakı təlimləri erməniləri təşvişə salıb

11:35, 20.02.20
azerbaycan, bolge
Əsgərlərimizin Naxçıvandakı təlimləri erməniləri təşvişə salıb

Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb.

Naxçıvan Qarnizonu Qoşunlarında “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlim erməniləri təşvişə salıb.

Bu barədə işğalçı Ermənistanın razm.info saytı “Naxçıvan xüsusi təyinatlıları qışda yüksək dağ əməliyyatları keçirir” sərlövhəli məqalə yayımlayıb. Məqalədə keçirilən taktiki-xüsusi təlimlərin Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaratdığı vurğulanır.

Yazıda vurğulanır ki, Naxçıvanda müxtəlif bölmələrin xüsusi təyinatlı birləşmələrinin birgə döyüş fəaliyyəti təcrübəsi mövcuddur. Bu isə erməni ordusu üçün əsl təhlükə mənbəyidir. Birgə təlimlər, 2018-ci ilin oktyabr ayında da keçirilib.

Azərbaycan Ordusunun Naxçıvanda yerləşən hərbi birləşmələrinin döyüş hazırlığı ilə bağlı həyata keçirdiyi tədbirlər Ermənistan ordusunda da narahatlıq yaradıb. Erməni sosial şəbəkə istifadəçiləri isə bu təlimləri həsəd və qorxu ilə qarşıladıqlarını gizlətməyiblər.

Qeyd edək ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri cəlb edilib. Muxtar respublikanın yüksək dağlıq ərazilərində keçirilən təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla