Valyuta məzənnəsi

Metroda qatarlar niyə gecikir?

11:24, 20.02.20
azerbaycan, cemiyyet
Metroda qatarlar niyə gecikir?

Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlanıb.

Bakı metrosunda qatarların hərəkətində yenidən problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hətəkət edən qatarların intervalında gecikmə baş verib:

"Yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub. Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun “Elmlər Akademiyası”, “Koroğlu”, “Nəriman Nərimanov” stansiyalarında bir neçə dəqiqəyə yaxın gecikmələr olub. Gecikmələr stansiyalardan asılı olaraq 5 və 8 dəqiqə olub. Buna səbəb isə qatarlarda hər hansı texniki problem deyil, sərnişin sıxlığı olub. Bildiyiniz kimi, tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla