Valyuta məzənnəsi

“Azərişıq”dan XƏBƏRDARLIQ

11:35, 18.02.20
azerbaycan, iqtisadiyyat
“Azərişıq”dan XƏBƏRDARLIQ

“Azərişıq” hüquqazidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı”nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından, həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün “Azərişıq” ASC irimiqyaslı texniki və təşkilati tədbirlər görür.

Xeberpress.az bildirir ki, ASC-dən verilən məlumata görə, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə “Azərişıq” ASC-nin işinə maneə olan, elektrik enerjisinin talan edilməsi kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır.

Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, otel, istixana və sair sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların, xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və digər hüquqazidd hərəkətlərə yol verən istehlakçılar bir daha xəbərdar edilir. Belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilmələri üçün hüquq-mühafizə orqanlarına müraciət olunaraq “azerishiq.az” saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla