Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

MSK bu dairələrdən göndərilən şikayətləri araşdırır

09:45, 14.02.20
azerbaycan, siyaset
MSK bu dairələrdən göndərilən şikayətləri araşdırır

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.

Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

Bu dairələrin liderlərinin əksəriyyəti 4,5,6-cı çağırış deputat seçilənlərdir:

10 saylı Binəqədi: Madər Musayev (partiyasız)

11 saylı Qaradağ: Aydın Hüseynov (YAP)

14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)

15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız)

42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP)

57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)-

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP)

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (YAP)

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı (partiyasız)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız)

79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf)

81 saylı Beyləqan: Şahin İsmayılov (YAP)

91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP)

92 saylı Zərdab-Ucar seçki dairəsi: Əliyeva Jalə Fazil

95 saylı Tərtər: Sahib Alıyev (partiyasız)

109 saylı Balakən: Nəsib Məhəməliyev (YAP)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP)

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla