Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr

10:17, 13.02.20
azerbaycan, siyaset
Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr

Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili, səfir Mixael Zibert arasında keçirilən görüşdə ikitərəfli münasibətlərə, eləcə beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair müxtəlif məsələlər müzakirə edilib.

Almaniyaya səfəri çərçivəsində X.Xələfov, eyni zamanda, bu ölkənin Federal Prezidentinin xarici və siyasi təhlükəsizlik məsələləri üzrə müşaviri Tomas Baqqer və Federal Kanslerin xarici və siyasi təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kristina Baynhof ilə də görüşlər keçirib.

X.Xələfov Almaniyanın Azərbaycanın mühüm tərəfdaşı olduğunu, ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini bildirib, dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Almaniya tərəfi Azərbaycanın regionda əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycanın Almaniyanın regionda əsas iqtisadi tərəfdaşı olduğu qeyd edilib. Bundan başqa, ölkəmizin həyata keçirdiyi regional layihələrin icrasına dair məlumatlar qarşı tərəfdən maraqla qarşılanıb.

Tərəflər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vəziyyəti dəyərləndirib və Almaniyanın sülh prosesinə mümkün töhfələrini müzakirə ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov məsləhətləşmələrdə iştirak edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla