Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Virusla bağlı nəzarətdə olan şəxs evinə buraxılıb - Nazirlik

10:45, 12.02.20
azerbaycan, cemiyyet
Virusla bağlı nəzarətdə olan şəxs evinə buraxılıb - Nazirlik

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində saxlanılan Çindən qayıtmış sonuncu şəxs evinə buraxılıb.

1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində saxlanılan Çindən qayıtmış sonuncu şəxs evinə buraxılıb.

Xeberpress.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır: "Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uxan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti isə fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla