Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Çində koronavirusdan 1114 nəfər ölüb

09:56, 12.02.20
azerbaycan, dunya
Çində koronavirusdan 1114 nəfər ölüb

Çində koronavirusdan ölənlərin sayı 1114 nəfərə çatıb.

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 44 min 742, bu virus səbəbindən ölənlərin sayı isə 1114 nəfərə çatıb.

Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 16 min nəfərə düşüb. İndiyədək 4744 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 8200 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 451 min nəfəri müəyyən edib, onlardan 185 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada təxminən 400 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla