Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Lavrov Rusiya Prezidentinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim edib

09:34, 12.02.20
azerbaycan, medeniyyet
Lavrov Rusiya Prezidentinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim edib

Sergey Lavrov Rusiya Prezidentinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim edib.

Fevralın 11-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə MDB dövlətləri fövqəladə və səlahiyyətli səfirləri arasında görüş keçirilib.

Görüş zamanı Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edib və onun fəaliyyətini yüksək qiymətləndirib.

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarlarına səmimi təbriklərini çatdırıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla