Valyuta məzənnəsi

Nazir Ramin Quluzadə Sabirabad və Saatlı vətəndaşlarını qəbul edəcək

11:18, 11.02.20
azerbaycan, bolge
Nazir Ramin Quluzadə Sabirabad və Saatlı vətəndaşlarını qəbul edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Sabirabad və Şirvanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin fevralında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.

Xeberpress.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə fevralın 14-də saat 14:00-da Sabirabad şəhərində Sabirabad və Saatlı sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 14:00-da Şirvanda şəhər sakinlərini qəbul edəcək. Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, “1655” nömrəli Çağrı mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin ediləcəklər. Bunun üçün vətəndaşlardan Sabirabad rayonunda (021) 235-72-33, Saatlı rayonunda (021) 285-21-90, Şirvan şəhərində (021) 215-15-15 nömrəli telefona zəng etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla