Valyuta məzənnəsi

Çində koronavirusdan 618 nəfər ölüb

09:36, 07.02.20
azerbaycan, dunya
Çində koronavirusdan 618 nəfər ölüb

Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 618-ə çatıb.

Çinin Xubey əyalətində 2019-nCoV yeni virusun törətdiyi pnevmoniyadan ölənlərin sayı 69 nəfər artaraq 618-ə çatıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Məsələləri Komitəsi məlumat yayıb.

Məlumata görə, əyalətdə virusa yoluxanların sayı 2,4 mindən çox artaraq ümumilikdə 22,1 mini ötüb. Eyni zamanda, Xubeydə 817 nəfər sağalıb. Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir.

Daha əvvəl yerli hökumət orqanları ölənlərin sayının 549 nəfər olduğunu bildirmişdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla