Valyuta məzənnəsi

BƏƏ-nin Xarici İşlər nazirinə diplomatik xidmət orqanlarımızın yubiley medalı verildi

11:11, 06.02.20
azerbaycan, siyaset
BƏƏ-nin Xarici İşlər nazirinə diplomatik xidmət orqanlarımızın yubiley medalı verildi

BƏƏ-nin Xarici İşlər nazirinə diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyana “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilib.

Xeberpress.az bildirir ki, Ölkəmizin BƏƏ-dəki səfirliyindən bildiriblər ki, yubiley medalı nazirə Azərbaycanın bu ölkədəki səfiri Mahir Əliyev ilə görüşdə təqdim olunub.

Şeyx Abdullah bin Zayed Al Nahyan iki dost ölkənin rəhbərlərinin dəstəyi və qayğısı sayəsində BƏƏ ilə Azərbaycan arasındakı münasibətlərdə davamlı inkişafı yüksək qiymətləndirib, bu şərəfə layiq görüldüyünə görə Azərbaycan hökumətinə təşəkkürünü və minnətdarlığını ifadə edib.

Öz növbəsində səfir Mahir Əliyev BƏƏ ilə Azərbaycan arasındakı mövcud münasibətlərin iki dost ölkənin xalqlarının mənafeyi naminə bütün sahələrdə möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla