Valyuta məzənnəsi

Çində koronavirusa 28 min nəfər yoluxub, 564 nəfər ölüb

09:55, 06.02.20
azerbaycan, dunya
Çində koronavirusa 28 min nəfər yoluxub, 564 nəfər ölüb

Çində koronavirusa yoluxanların sayı 28 minə, ölənlərin sayı isə 564-ə çatıb.

Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 28 min 73, bu virus səbəbindən ölənlərin sayı isə 564 nəfərə çatıb.

Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 24 min nəfərdən çoxdur. İndiyədək 1163 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 3 min 859 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 549-u virusun aşkarlandığı və ən çox yayıldığı (19 min 665 nəfər) Xubey vilayətində qeydə alınıb.

İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 282 min nəfər müəyyən edilib, onlardan 186 mini həkim nəzarətinə alınıb.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə 212 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla