Valyuta məzənnəsi
Xəbər lentİ

Oqtay Əsədovun seçiciləri ilə Mehdiabad qəsəbəsində görüş keçirildi

14:19, 05.02.20
azerbaycan, bolge
Oqtay Əsədovun seçiciləri ilə Mehdiabad qəsəbəsində görüş keçirildi

Oqtay Əsədovun seçiciləri ilə növbəti görüş Abşeron rayonu, Mehdiabad qəsəbəsində keçirildi.

45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Əsədovun seçiciləri ilə görüşlər davam edir.
Növbəti görüş Abşeron rayonu, Mehdiabad qəsəbəsində keçirildi. Görüşdə 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri ölkə prezidenti cənab İlham Əliyevin Abşeron rayonuna olan diqqət və qayğısından, rayonun mövcud problemlərindən danışıb, o cümlədən, seçicilərin problemləri ilə maraqlanıblar.

Görüşdə çıxış edən seçicilər də 9 fevralda fəal olacaqlarını və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər.

Oqtay Əsədovun seçiciləri ilə Mehdiabad qəsəbəsində görüş keçirildi
Oqtay Əsədovun seçiciləri ilə Mehdiabad qəsəbəsində görüş keçirildi
Oqtay Əsədovun seçiciləri ilə Mehdiabad qəsəbəsində görüş keçirildi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla