Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Yaxşı rəqibə qarşı oynadıq - Qurban Qurbanov

09:58, 03.02.20
azerbaycan, idman
Yaxşı rəqibə qarşı oynadıq - Qurban Qurbanov

Qurban Qurbanov: Yaxşı rəqibə qarşı oynadıq.

Çox vacib 3 xal qazandıq. İlk oyunlarda istədiyimizi meydanda görmək çətindir. Futbolçular təmkinli idilər. Yaxşı rəqibə qarşı oynadıq. Bizim üçün asan olmadı. Futbolçularımı təbrik edirəm

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XV turunda "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx səkkiz yaşlı mütəxəssis qış transfer dönəmində komandanı tərk edən Riçard Almeyda haqqında da danışıb. Bildirib ki, Braziliya əsilli yarımmüdafiəçi Ağdam təmsilçisi üçün vacib oyunçu olub: "Bu gün komandada olan futbolçular da bizim üçün vacibdir.

Qurban Qurbanov yeni transfer haqqında da danışıb: “Buna dəqiq cavab verə bilməyəcəm. Sadəcə, komandaya uyğunlaşmaq problemi ola bilər. Fiziki formasını bərpa etmək çətin olmayacaq, iki gün əvvəl yüngül zədə alıb. Ona görə bu gün risk etmədik. Bir az vaxt lazım olacaq. Turnir cədvəlində yuxarı yerləri tutmaq niyyətindəyik. Qarşıdakı oyuna vaxtımız azdır. “Neftçi” istəklidir. Onlara qarşı oyunlarımız maraqlı olur. Çalışırıq ki, rəqibi daha yaxından təhlil edək. Komandaya yeni məşqçi gəlib. Buna görə də ola bilsin, bizim daha çox düşünməyimiz lazım olsun”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla