Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

AFFA İcraiyyə Komitəsinin YENİ TƏRKİBİ

11:33, 28.01.20
azerbaycan, idman
AFFA İcraiyyə Komitəsinin YENİ TƏRKİBİ

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Yanvarın 28-də AFFA-nın növbəti konfransında qurumun İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Səsvermə nəticəsində İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva İcraiyyə Komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, İsgəndər Cavadov, Kazbek Tuayev və Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən təqdim olunub. Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov namizədliyi irəli sürülüb. Firudin Qurbanov, Mahir Məmmədovun namizədliyini Sahə Futbol Federasiyaları İctimai Birliyi, Elmar Məmmədyarov və Könül Mehdiyevanin namizədliyini isə İctimai Futbol Təşkilatları İctimai Birliyi təqdim edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla