Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Dövlət qulluğu üzrə ümumi müsahibədə 30-dan çox namizəd uğur qazanıb

12:31, 27.01.20
azerbaycan, cemiyyet
Dövlət qulluğu üzrə ümumi müsahibədə 30-dan çox namizəd uğur qazanıb

Dövlət qulluğu üzrə ümumi müsahibədə 30-dan çox namizəd uğur qazanıb.

Ümumilikdə 7 dövlət orqanında 93 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş ümumi müsahibə davam edir.

Xeberpress.az DİM-in saytına istinadla xəbər verir ki, yanvarın 27-si saat 11:05-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmiş 32 nəfər uğur qazanıb. Onlardan 13-ü Maliyyə Nazirliyində, 10-u Qida Təhlükəsizliyi Agentliyində, 7-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 2 nəfər isə Təhsil Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibədə iştirak etmək üçün 169 nəfər sənəd verib. Müsahibə yanvarın 30-da başa çatacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla