Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Acun canlı yayımda Elazığda zəlzələdə zərər çəkənlər üçün 51 milyon topladı

11:53, 27.01.20
azerbaycan, maqazin
Acun canlı yayımda Elazığda zəlzələdə zərər çəkənlər üçün 51 milyon topladı

Acun canlı yayımda Elazığda zəlzələdə zərər çəkənlər üçün 51 milyon topladı.

"TV 8"in rəhbəri Acun Ilıcalı Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələdə zərər çəkənlər üçün yardım kampaniyası keçirib.

Xeberpress.az Axşam.az-a istinadla xəbər verir ki, öz kanalında canlı yayımda pul toplayan Acun 51 milyon lirə (təxminən 14 milyon manat) toplayıb. Xeyriyyə kampaniyasına qoşulanlar arasında sənət, siyasət və iş dünyasından olan şəxslər qoşulub.

Türkiyənin Daxili İşlər Naziri 20 min lirə (təxminən 5700 manat) ödəyib.

"Beşiktaş" kapitanı Burak Yılmaz futbolçu dostları ilə birlikdə 300 min lirə (təxminən 85 min manat) verdiklərini söyləyib. İş adamı Hüseyin Özdilek 1 milyon lirə (təxminən 285 min manat) verib.

Kampaniyaya ən böyük məbləğ iş adamı Cemil Kazancıdan gəlib. O, canlı yayıma qoşularaq 2 milyon lirə (təxminən 570 min manat) köməklik etdiyini bildirib.
Fələstinli iş adamı Ahmet Elser 500 min lirə, biznesmen Fettah Tamince isə 250 min lirə bağışlayıb.

Bir çox mebel fabriklərinin sahibləri isə evsiz qalanların ehtiyacı olacaq mebelləri pulsuz verəcəklərini söyləyiblər.

Müğənnilər də xeyriyyə kampaniyasından geri qalmayıblar. Hadisə 100 min lirə, Mustafa Ceceli 50 min lirə, Murad Boz 100 min lirə, Reymen 25 min lirə, tarkan 100 min lirə ödəyiblər. "Nusret" restoranlar sahibi Nusret isə bu gün dünyada olan bütün restoranlarından gələn gəliri verəcəyini söyləyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla