Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Türkiyədən Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr Bakıda

10:35, 27.01.20
azerbaycan, bolge
Türkiyədən Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr Bakıda

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib.

Xeberpress.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri məlumat verib.

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.


***


Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyə prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Elazığ və Malatyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.

Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla