Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Yaponiya təhlükəli koronavirusla bağlı Çinə yardım təklif edib

09:34, 27.01.20
azerbaycan, dunya
Yaponiya təhlükəli koronavirusla bağlı Çinə yardım təklif edib

Yaponiya yeni koronavirusun yayılmasının qarşısını almaq üçün Çinə yardım təklif edib.

Yaponiya Çinin Uxan şəhərindən yayılan yeni koronavirusun qarşısını almaq üçün bu ölkəyə yardım təklif edib.

Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi çinli həmkarı Van İ ilə yanvarın 26-da axşam telefon danışığı zamanı bildirib.

Yeni koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar Yaponiya tərəfinin narahatlığını ifadə edən T.Moteqi bu virusun yayılmasının qarşısını almaq üçün ölkəsinin mümkün yardıma hazır olduğunu bildirib.

Eyni zamanda, T.Moteqi Uxan şəhərində yaşayan yaponların təxliyəsi ilə bağlı Çin tərəfindən Tokionun planına yardım göstərilməsini xahiş edib. Hazırda təcrid vəziyyətində olan Uxan şəhərində təqribən 700-ə yaxın Yaponiya vətəndaşının olduğu bildirilir.

Van İ Yaponiya hökumətinin bu qərarını başa düşdüyünü bildirib. Nazirlər arasında lazımi hazırlıq işlərinin müxtəlif səviyyələrdə həyata keçirilməsi barədə razılıq əldə olunub.

Telefon danışığından sonra T.Moteqi jurnalistlərə bildirib ki, Çinin virusun yayıldığı Xubey əyalətində hazırda 430 Yaponiya vətəndaşının olduğu dəqiqləşdirilib. Hökumət orqanları həmin əyalətdəki digər yaponlarla da əlaqə yaradaraq onların səhhəti barədə məlumat əldə etməyə çalışır.

Nazir, həmçinin bildirib ki, hökumət təxliyənin təşkili ilə bağlı bütün lazımi tədbirləri araşdırır və hazırlıq işlərini sürətləndirərək çarter reysinin təşkil üzərində işləyir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla