Valyuta məzənnəsi
Xəbər lentİ

Çində 2762 nəfər koronavirusa yoluxub, 80 nəfər isə ölüb

10:16, 27.01.20
azerbaycan, hadise
Çində 2762 nəfər koronavirusa yoluxub, 80 nəfər isə ölüb

Çində koronavirusa yoluxanların sayı 2762 nəfərə, ölənlərin sayı isə 80-ə çatıb.

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 2762 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 80-ə çatıb.

Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. İndiyədək 49 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 5794 nəfərə çatıb. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 30 mindən çox adam tibbi nəzarətə götürülüb. Ölüm hallarının 76-sı virusun aşkarlandığı və ən çox yayıldığı (1423 nəfər) Xubey vilayətində qeydə alınıb.

Mer Cou Sianvan karantin elan olunanadək təxminən 5 milyon sakinin Uxan şəhərini tərk etdiyini bildirib.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal və Kanadada ümumilikdə 37 nəfərin bu virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus koronavirusla mübarizəyə dəstək məqsədilə Pekinə səfərə gələcəyini açıqlayıb.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla