Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı

15:15, 26.01.20
azerbaycan, siyaset
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı

“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb.

25 yanvar 2020-ci il tarixində Bakı Konqres Mərkəzində “Könüllülər Yurdu –Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. “Könüllülər Yurdu – Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Xeberpress.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, könüllülər və digər qonaqlar iştirak ediblər.

Qonaqlar ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən könüllülük hərəkatının genişlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, məhz bu siyasətin tərkib hissəsi olaraq 2020-ci ilin Respublikamızda “Könüllülər ili” elan olunduğunu ifadə ediblər. Məhz bu tədbirin “Könüllülər ili” çərçivəsində keçirilən ilk rəsmi tədbir olduğu diqqətə çatdırılıb. Həmçinin ASAN könüllüləri tərəfindən müxtəlif sahələrdə, o cümlədən vətənpərvərliyin təbliği istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən bəhs olunub.

Sonra layihənin regionlarda təşkilində aktiv iştirak edən şəxslər mükafatlandırılıblar.

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.

Layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib.

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi yekunlaşdı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla