Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Uşaq oğrusu ilə bağlı araşdırmalar aparırıq - Baş Polis İdarəsi

11:39, 24.01.20
azerbaycan, cemiyyet
Uşaq oğrusu ilə bağlı araşdırmalar aparırıq - Baş Polis İdarəsi

Baş Polis İdarəsi məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı.

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Xatırladaq ki, "Whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Deyilənə görə, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla