Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Nazir İnam Kərimov Saatlı və Sabirabad vətəndaşlarını qəbul edəcək

11:55, 23.01.20
azerbaycan, bolge
Nazir İnam Kərimov Saatlı və Sabirabad vətəndaşlarını qəbul edəcək

Kənd Təsərrüfatı nazirinin Saatlıda vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Kənd Təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib. Nazir yanvarın 25-i saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Xeberpress.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində Neftçala və Salyan rayonları, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla