Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək

11:45, 23.01.20
azerbaycan, medeniyyet
Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək

Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək.

Fevralın 5-dən martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi keçiriləcək.

Ekspozisiyada tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyi əks olunacaq.

Sərgidə 40 eksponatın nümayiş ediləcəyi, bunların arasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərin xalçaları, Mərcani Fondu tərəfindən təqdim olunan plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid inqilabi naxışlar və eskizlərin olacağı qeyd edilib.

Bunlar ilk dəfə nümayiş olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla