Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Namizəd Əbil Süleymanov Xıdırlı kəndinin sakinləri ilə görüşüb

11:35, 23.01.20
azerbaycan, bolge
Namizəd Əbil Süleymanov Xıdırlı kəndinin sakinləri ilə görüşüb

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Əbil Süleymanov rayonun Xıdırlı kəndinin sakinləri ilə görüşüb.

Sakinlərlə görüşən Əbil Süleymanov deyib: "Həmyerlilərimin qarşısında deputatlığa namizəd kimi çıxış etməkdən şərəf və qürur hissi duyuram".

Xeberpress.az xəbər verir ki, namizəd ilk öncə kənd sakinlərini öz platformasıyla tanış edərək daha sonra onların qayğılarını dinləmişdir.Görüşdə çıxış edən kənd sakinləri və başqaları ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısından məmnunluq hissi duyduqlarını ifadə ediblər .Ə.Süleymanov bütün ölkədə, eləcə də 60 saylı Salyan-Neftçala seçki dairəsi ərazisində və ümumiyyətlə Salyan rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş işləri,layihələri vurğulayaraq gələcəkdə rayonun daha da inkişafı istiqamətində işlərin sürətlənəcəyini qeyd edib. Ə.Süleymanov bildirib ki, deputat olacağı dövrdə kəndlərin sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı müraciətlərinin müsbət həll olunması üçün əlindən gələni edəcəyini, kənd sakinləri və ümumiyyətlə salyanlılar ona etimad göstərərlərsə, gələcəkdə onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə əsirgəməyəcək.

Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd , kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Seçicilər seçimlərinin Əbil Süleymanov olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.

Namizəd Əbil Süleymanov Xıdırlı kəndinin sakinləri ilə görüşüb
Namizəd Əbil Süleymanov Xıdırlı kəndinin sakinləri ilə görüşüb
Namizəd Əbil Süleymanov Xıdırlı kəndinin sakinləri ilə görüşüb

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla