Valyuta məzənnəsi

Rusiya problemin həlli üçün görüşlərin keçirilməsinə yaşıl işıq yandırıb.

10:49, 16.12.15
azerbaycan, dunya
Rusiya problemin həlli üçün görüşlərin keçirilməsinə yaşıl işıq yandırıb.

Türkiyə ilə Rusiya arasında hərbi təyyarənin vurulmasından sonra yaranmış gərginlik hər bir sahəyə təsir edib. Son zamanlar isə böhran Aralıq, Marmara, Egey və Qara dənizlərdə hərəkət edən gəmilərə də sıçrayıb.

xeberpress.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 24 noyabrdan sonra bir həftədə Rusiya Federasiyası tərəfindən 5 türk bayraqlı gəmini Qara dəniz memorondumu çərciəsində aparılan yoxlamalardan sonra limanlarda saxlayıb.

Bundan sonra da gəmilərins axlanması davam edi. Hazırda bu rəqəm 8-ə çatıb.
Mətbuatda yer alan məlumata görə, ilk olaraq Türkiyə Rusiyanın bu davranışını dayandırmağını gözləyib. Lakin gəmilərin saxlanması davam etdikdə Türkiyə buna qarşılıq verməyə başlayıb. Nəticədə Aralıq və Qara Dənizdə aparılan yoxlamalar nəticəsində çatışmazlıqları olan rus gəmiləri türk limanlarına gətirilib.

8 dekabra olan məlumata görə, türk limanlarında Rusiya bayraqlı 6 gəmi olub. ötən günə olan məlumata görə, isə gəmi sayı 27-yə çatıb.

Gəmi gərginliklərindən sonra hər iki tərəf bu problemin aradan qaldırılması üçün danışıqlara başlayıblar. Rusiya problemin həlli çüçün görüşlərin keçirilməsinə yaşıl işıq yandırıb. Türkiyə tərəfindən olan rəsmilər isə hələlik bu görüşün yeri və zamanının bəlli olmadığını bildiriblər. "Görüşmə və problemi həll etməklə bağlı niyyət var".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla