Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Sərnişinə odlu silahla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs tutulub

10:37, 21.01.20
azerbaycan, hadise
Sərnişinə odlu silahla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs tutulub

Avtomobilin qarşısını kəsib odlu silahdan atəş açaraq sərnişinə ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib.

Xeberpress.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə "Vaz 2107" markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Quliyev şübhəli şəxs qismində tutulub və müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla