Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Prezident İlham Əliyevin “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü

09:36, 21.01.20
azerbaycan, siyaset
Prezident İlham Əliyevin “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü

Prezident İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü olub.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.

Görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla